Loading...
Yuxu yozma2018-06-25T16:39:27+00:00

Yuxuların mahiyyəti və əhəmiyyəti barədə

Elmi anlayışın artmasıyla yanaşı, dünyamız da günü-gündən geriləyərək tənəzzülə uğrayır.

İnsan özünü kosmosda təcrid olunmuş kimi hiss edir, çünki indi o, təbiətdən qoparaq, artıq ondan ayrılmazlığını və özünün təbii hadisələrlə olan emosional «qeyri–şüuri eyniyyətini» itirmişdir. Getdikcə o özünün simvolik əlaqədarlığını da itirir. İndi artıq ildırım, qəzəblənmiş Allahın sədası, şimşək isə Onun cəzalandıran oxu deyil. Axan çaylarda ruhlar yaşamır, insanın həyat təməli kəndə bağlı deyil, ilan müdrikliyin təcəssümü deyil, dağ mağarası isə nəhəng iblisin məskəni deyildir. İnsan daha daşların, bitkilərin, heyvanların səsini eşitmir və bu səbəbdən də təbiətlə ünsiyyətə can atmır. Onun təbiətlə əlaqəsi yoxa çıxıb, bu simvolik təmasın bəxş etdiyi dərin emosional enerji də onunla birlikdə itib.

Belə nəhəng bir itki yuxularımızın simvollarıyla bərpa olunur. Həmin simvollar bizim ilkin mahiyyətimizi, instinktlərimizi və
səciyyəvi fikirlərimizi üzə çıxarır. Təəssüf ki, onlar öz məzmununu təbiət dilində ifadə edirlər, bizə aydın olmayan və qəribə görünən bir
dildə. Ona görə də həmin bu dilin rasional (ağlasığan) sözlərə tərcümə olunması bizim qarşımızda bir məqsəd olaraq dayanıb. İndi biz, ruhlar və digər dini mahiyyətdə olan obrazlardan söz açdıqda, artıq onlara müraciət etmirik.

yuxu yozma

Yuxu yozma

Qüdrətlə şöhrət bir zamanlar enerjiylə dolu yuxuları tərk edib. Biz sehrli formullara inamımızı itirmişik, haram anlayışı və ona oxşar məhdudiyyətlər, demək olar ki, yox dərəcəsindədir, dünyamız əcinnələr, sehrbazlar, ovsunçular, müqəvvalar, qulyabanılar, qaniçənlər, meşə ruhları və ibtidai meşənin sakinləri olan qəribə varlıqlar kimi bütün «mövhumatçı» varlıqlardan dezinfeksiya olunmuş kimidir. Daha dəqiq desək, dünyamızın səthi artıq bütün mövhumatçı və irrasional, ağlasığmaz, düşüncəylə dərk edilməyən elementlərdən təmizlənmiş kimi görünür. Bir sual ortaya çıxır: bəs bizim daxili aləmimiz  belə bir primitivlikdən, ibtidailikdən azad olunubmu? Məgər on üç rəqəmi bir çoxları üçün tabu (haram) deyilmi? Məgər müxtəlif cür xurafata, proyeksiyalara, uşaq xülyalarına qapanmış insanlar azdırmı?

İnsan dərrakəsinin realist mənzərəsi individin həyatında əhəmiyyətli rol oynayan çoxlu sayda geridə qalmış, ibtidai xüsusiyyətlər aşkar edir ki, bu da son beş yüz il ərzində dünyada heç nəyin dəyişilmədiyi anlamına gətirib çıxarır.

Bütün bunlara bir ad qoymaq, bir qiymət vermək son dərəcə əhəmiyyətli və əvəzedilməzdir. Müasir insan faktiki olaraq uzun inkişaf illərində əldə etdiyi qeyri–adi xüsusiyyətlər qarışığıdır. O, yolunu azmış, çaşqın bir məxluqdur. Elmi etiqadlarla və skeptisizmlə yanaşı, müxtəlif cür xurafatlar, mövhumatlar, köhnə stereotiplər, inadkar anlaşılmazlıq və kor bir cəhalət hələ də davam etməkdədir.

Dərrakənin simvolları, rəmzləri törədən ən qəliz və müəmmalı hissəsi isə hələ də tədqiq olunub öyrənilməmişdir. Bütün bunlar ağlasığmaz görünə bilər, axı biz hər gecə qeyri-şüuri bir aləmdən müxtəlif cür işarələr və xəbərdarlıqlar alırıq. Lakin bu rəmzlərin yuxu yozma ilə izah edilməsi, şərh olunması, buna xüsusi maraq göstərən az sayda insanlar istisna olmaqla, demək olar ki, hamı üçün həddindən artıq yorucu və usandırıcı görünür. İnsanın ən böyük bəxşişi olan psixikası az diqqət çəkir, ona çox vaxt nifrət və inamsızlıqla yanaşılır. Məhəl qoyulmadan, etinasızcasına «Bu, sadəcə olaraq, bir psixologiyadır» ifadəsi çox zaman boşluq və fanilik deməkdir.

Hər tərəfə yayılmış bu mövhumatlar haradan başlayır? Görünür, başımız düşündüklərimizə o qədər qarışıb ki, qeyri-şüuri ruhi aləmin bizim haqqımızda nələr düşündüyünü sual’etməyi tamamilə unutmuşuq. Ziqmund Freydin ideyaları bir çox insanlarda psixologiyaya qarşı nifrətin olduğunu təsdiqləyir. Freydə qədər yuxu yozma və qeyri-şüuri aləmə heç məhəl belə qoyulmurdu, indi isə bu aləm bütün mənəviyyatın rədd etdiklərinin zibilxanasına çevrilib.

Mən təbii simvolların öyrənilməsinə yarım əsrdən çox vaxt sərf etmişəm. Yuxu yozma və yuxuların simvollarının mənasız və bihudə bir şey olmadığı qənaətinə gəlmişəm. Əksinə, yuxular məhz onların simvollarını anlamaqda çətinlik çəkənlərə daha maraqlı informasiya təqdim
edirlər.

Bugünkü nəzər nöqtəsi, əlbəttə ki, birtərəfli və ədalətsizdir. Bu nəzər nöqtəsi hətta məlum faktlarla belə uzlaşmır. Qeyri-şüuri aləmin faktiki
elmi onun bir təbiət hadisəsi və elə təbiətin özü kimi, ən azından, neytral olduğunu göstərir. Qeyri–şüuri aləm insan mahiyyətini bütünlüklə özündə ehtiva edir – işıqla qaranlığı, gözəlliklə eybəcərliyi, xeyirlə şəri, müdrikliklə axmaqlığı və sair. Fərdi və kollektiv simvolizmin öyrənilməsi qəliz və bu günə qədər həllini tapmamış bir məsələdir. Lakin bu simvolizmin təməli artıq qoyulub. İlk nəticələr müəyyən ümidlər bəxş edir və hazırda bəşəriyyətimizin bir çox cavabsız qalmış suallarının cavabı, həllini tapmayan məsələlərinin həlli istiqamətlərini göstərir.

Yuxular gələcəyin cücərtiləridir.

Biz başımıza gələcək olanları yuxularda görürük. (Beyli)