Yuxuda köpək görmək

Yuxuda it gormek

Yuxuda qəzəblənmiş ir görməniz yaxın gələcəkdə ugursuzluq yaşanacağma xə düşmənlərin bədxah əməllərinə dair xəbərdarlıqdır.

Ozünüzü cins bir itin sahibi kimi gömıəniz tezliklə böyük bir sərvətə sahib olacağınızdan xəbər verir. Axtarıcı itin izlərinizlə sizi təqib etdiyini görməniz sizin üçün fəlakətli olan həvəslərinizə dair xəbərdarlıqdır.

İtin sizi dişlədiyini gömıüşsünüzsə, yaxın zamanda nə işgüzar sahədə, nə də ailədə sülh və əmin–amanlıq gözləməyə dəyər.

Mehriban it uğur və sadiq dostların göstəricidir.

Arıq və kirli itlər uğursuzluq və xəstəlik, itlərin hürməsi isə xoşagəlməz xəbərlərin əlamətidir.

Evinizdə ov itinin olduğunu görməniz işlərinizdə uğurlu dəyişikliklərin baş verəcəyini bildirir.

Gözəl cinsli xoşagələn itlər gənc xanım üçün yüngülxasiyyət və modabaz bir pərəstişkarının olacağına işarə edir.
yuxuda it gormek

Yuxuda böyük bir itlə görüşünüzdən dolayı qorxduğunuzu görmüşsünüzsə, qismətiniz ətraf aləmə qarşı müqavimət göstərmək, bayağılıq və vasitəsizliyə üstün gəlməyə çalışmaq olacaq. Qadın xeylağı üçün belə bir yuxu olduqca ləyaqətli bir həyat yoldaşının olacağını vəd edir.

İtlərin arxanızca mırıldadığını eşitməniz reallıqda fitnəkar birinin ən ümdə maraqlarınıza yetişməyə çalışdığından xəbər verir. Bəzən bu yuxu məğlubiyyət əlaməti kimi də yozula bilər, lakin bütün hallarda aktiv müqavimətə qarşı bir çağırış hesab olunur.

Qəfıldən bir-birinin üstünə cuman itlə pişik görrnəniz sevgi məsələlərində uğursuzluğa işarə edir.

Davakarları su ilə ayırdığınızı gördüyünüz yuxu isə xoş əlamət sayılır.

Yuxuda it gormek

Mehribancasına ətrafınızda dolaşan ağ it işlərdə və sevgidə böyük bir uğurdan xəbər verir.

Bir neçə başı olan it isə reallıqda sizi eyni vaxtda bir neçə işlə məşğul olmamağa səsləyir. Bütün bunlar bihudə vumuxma ilə nəticələnə bilər.

Yuxuda sizi təqib edən quduz it görməniz hansısa bir mübarizədə qalib gəlmək üçün bütün gücünüzü səfərbər etməyə səsləyir.

Quduz iti qovduğunuzu və ya öldürdüyünüzü gördüyünüz yuxu xoş əlamət sayılır. Xüsusilə də cins iti gəzdirdiyinizi və onun ilan öldürdüyünü gördüyünüz hər iki süjet son dərəcə uğurlu əlamət olaraq yozulur.

Yuxular və digər mövzülar haqqında bir-birindən maraqlı və dəyərli kitabları UniMall.az saytında online sifiaris verin.

2018-06-16T19:25:10+00:00

Leave A Comment