Yuxuda pisik gormek

Yuxuda pisik gormek

Yuxuda pişik görmək uğursuzluq əlamətidir, lakin onu öldürdüyünüzü və ya qoyladığıııızı görmüsünüzsə, çətinlikləri dəf etməyi bacaracaqsınız.

Pişik üzərinizə atılırsa deməli, təmiz adınızı ləkələmək və əmlakımza yiyələnmək üçün hər çirkin yola əl atmağa hazır olan düşmənləriniz var. Lakin əgər üzərinizə atılan pişiyi qoylayıb özünüzdən uzaqlaşdırdığınızı görmüsünüzsə, çoxlu sayda maneələri aradan qaldırmağı bacaracaqsınız, həm taleyiniz, həm də nüfuzunuz qorunmuş olacaq.

yuxuda pisik gormek

Arıq, kirli və miskin bir pişik görməniz xoşagəlməz xəbərlərə işarə edir: dostlarınızdan birinin səhhətində problemlər yarana bilər; lakin əgər bu pişiyi qoyladığınızı görmüsünüzsə, dostunuzun naxoşluğu tezliklə keçib gedəcək. Yuxuda pişiklərin cingiltisini və miyovultusunu eşitmək özünü sizə dost kimi qələmə verən riyakarın sizə zərər yetirmək arzusunda olduğuna işarə edir. Pişiyin sizi cırmaqladığını görməniz düşmənlərinizin sizi zaman və böyük əmək sərf etdiyiniz sövdələşmədən alacağınız gəlirdən məhrum edəcəyini bildirir.

Gənc bir xanım yuxuda qucağında pişik və ya pişik balası tutduğunu görmüşdürsə, hansısa çirkin əməllərə cəlb olunacaq.

Təmiz, ağappaq bir pişik görmək isə əmlakınızı itirmənizə səbəb ola biləcək bir qarışıqlıqdan, qeyri-müəyyənlikdən xəbər verir.

Yuxuda pisik gormek

Tacirin yuxusunda pişik görməsi maksimum diqqətli olmasına dair bir xəbərdarlıqdır, çünki rəqibləri onun kommersiya təşəbbüslərini əngəlləməyə can atacaq. Uğura nail olmaq üçün əlindən gələni əsirgəməməlidir.

Yuxuda bir-birinə qarşı dostcasına davranan pişiklə ilan görmək şiddətli bir mübarizənin başlanmasını bildirir. Bu о deməkdir ki, siz özünüzə aidiyyəti olan bir sirri öyrənmək üçün düşmən tərəfə keçməyə belə hazır olacaqsınız. Ondan aldığınız məlumatların həqiqətə uyğun olub-olmadığına şübhəylə yanaşdığınız üçün, gizli həyat tərzinizin təfərrüatlarının dedi-qodu obyektinə çevriləcəyindən ehtiyatlanaraq, onlardan imtina edəcəksınız.

Yuxualar haqqında kitabları UniMall.az saytının Kitablar kateqoriyasından online sifaris verə bilərsiniz.

2018-06-19T13:24:43+00:00

Leave A Comment