Yuxuda pul gormek

Yuxuda pul gormek. Pul haqqinda muxtelif formalı yuxuların yozmalarını aşağıdakı bəndlərdən oxuyun.

Yuxuda pul tapdığınızı görmüsünüzsə, xırda narahatlıqlardan sonra böyük səadətə qovuşacaqsınız. Həyatınızda dəyişikliklər gözlənilir.

Yuxuda pul gormek, pul ödəmək mümkün uğursuzluqdan xəbər verir. Kimdənsə qızıl aldığınızı görmüsünüzsə, geniş perspektivlər və sevinc dolu dəqiqələr gözlənilir. Pulu itirmək evdə və işdə qanıqaralıqdan xəbər verir.

Yuxuda pul gormek

yuxuda pul gormek

Yuxuda pulunuzu sayıb çatışmazlıq, əskiklik görmüsünüzsə, hansısa ödənişlərlə problemlərin yaşanacağı ehtimal olunur.

Pul oğurladığınızı görməniz təhlükədə olduğunuzdan xəbər verir, ehtiyatlı olmanız məsləhətdir.

Pulunuza qənaət etdiyinizi görməniz var–dövlət və rahatlıq əlamətidir.

Pulu udduğunuzu görmüsünüzsə, hansısa bir işə ciddi maraq göstərəcəksiniz.

Yuxuda böyük miqdarda pul saymaq xoşbəxtlik və var-dövlət əlamətidir.

Bir bağlama valyuta tapdığınızı, lakin gənc bir xanımın bu pula iddialı olduğunu görməniz real həyatda yaxın adamınızın sizin işlərə qarışacağı üzündən sahibkarlıqda bəzi itkilər yaşayacağınızdan xəbər verir. Belə bir yuxunu görmüş adam bədxərclik etdiyini və ayağını yorganına görə uzatmadığını anlayacaqdır. Bu yuxu bir xəbərdarlıqdır. Ağlınızı zəngin fantaziyalarla qıcıqlandırmayın, imkanlar əldən getdikdən sonra onları qaytarmaq mümkün olmur.

Yuxuda qepik gormek

  • Yuxuda dəmir pullar (sikkələr) görmək işlərdə narazılığa işarədir, yaxınlarınız isə onlara kifayət qədər diqqət ayırmadıgınızdan gileyli olacaq.
  • Dəmir pulları itirmək özünüzə qarşı laqeyd olacağınıza işarədir.
  • Dəmir pul tapmaq isə tədbirli və qənaətcil olacağınızdan xəbər verir.

Yuxuda pulu borca aldığınızı görmüsünüzsə, ikili vəziyyətin yaranacağından xəbər verir: başqalarının gözündə olduğunuzdan daha yaxşı görünsəniz də, məmnun qalmayacaqsınız.

Özgəsinin pulunu xərclədiyinizi görməniz real həyatda xırda bir yalanınızın ifşa olunmasıyla yaxın dostunuzu itirə bilərsiniz.

Saxta pullar xoşagələn əlamət deyil. Borc pul istəmək saxta müvəffəqiyyət pərdəsi altında yeni qayğıların yaranacağından xəbər verir.

Yuxu yozmaları haqqında müxtəlif kitabları UniMall.az saytından Kitablar kateqoriyasından online sifaris verərək əldə edə bilərsiniz.

2018-06-16T16:15:43+00:00

Leave A Comment