Yuxuda qar gormek

Yuxuda qar görməniz hələ ki, həyatınızda xəstəlik və ya işlə bağlı problemlərinizin olmadığının göstəricisidir.

Borana, çovğuna düşdüyünüzü görməniz isə uzun müddətdən bəri gözlədiklərinizə sevinmək imkanınız olmadığı üçün məyusluq kcçirəcəyinizə işarə edir. Bu yuxu hər zaman mənəvi sarsıntı ilə müşayiət olunur.

Qar yediyinizi görməniz ideallarınızın ümidlərinizi aldadacağını bildirir.

Çirkli qar görmüsünüzsə, lovğalığmız ram ediləcək və sizə təkəbbürlü bir qərəzkarlıqla yanaşan adamlarla barışmaq məcburiyyətində qalacaqsınız.

yuxuda qar gormek

Yuxuda görülmüş əriyən qar bütün qorxuların sevinclə əvəzlənəcəyinin müjdəçisidir.

Pəncərədən iri lopalarla yağan qara tamaşa etdiyinizi görməniz sevgilinizlə aranızda incikliyin gözlənildiyindən və soyuqluğunuzun üstəlik, maliyyə problemləri ilə də dərinləşəcəyindən xəbər verir.

Yuxuda uzaqda olan dağların qarlı zirvələrini görməniz şöhrətpərəst xəyallarınızın sizə layiq olmadığınız bir uğur gətirəcəyini bildirir.

Yuxuda qar gormek

Günəş şüaları altında işıldayan qarlı mənzərə görməniz sizə qarşı sərt olan talenin ram olacağının və sizin səlahiyyət sahibi olacağınızın müjdəçisidir.

Gənc xanımın qar üstündə xizəklə sürüşdüyünü görməsi sevgisi uğrunda güclü bir rəqabətlə üzləşəcəyinə dair xəbərdarlıqdır.

Qartopu oynadığınızı görməniz isə vicdansız övladlarla ailə çəkişməsinə işarə edir; ədalətin bərqərar olması üçün mövqeyiniz əsaslı surətdə hazırlanmış olmalıdır.

Qar içində itdiyinizi və ya qar qalaqları altından çıxa bilmədiyinizi görməniz isə uzunmüddətli uğursuzluq zolağının başlaya biləcəyinə dair xəbərdarlıqdır.

Yuxuların mənaları və digər bir-birindən maraqlı kitabları UniMall.az saytından sifariş edin.