Yuxuda qol saati gormek

Yuxular gündəlik həyatımızın bir parçasıdır. Qədim zamandan bəri, yuxuda gördüklərimiz müxtəlif mənalara yozulur. Hətta gündəlik həyatımızda belə yuxuların yozumu ilə məşğul olan insanlar var. Yuxular gündəlik həyatımızın şüuraltı əksi kimi qəbul edilib. Bununla belə, yuxuda gördüklərimiz bəzən bizə bəzi mesajlar verə bilər. Təbii ki, bu gələcəyi görmək deyil, sadəcə İlahi bir işarə kimi qəbul edilməlidir.

Bəs yuxuda qol saati gormek nə deməkdir? Yuxuda qol saati gormek öncəliklə yuxu sahibinin çox dəqiq və bəlli bir proqram çərçivəsində hərəkət etdiyini göstərir. O insan həyatın hər dəqiqəsini bir ömür kimi yaşayır. Yuxuda qol saati görən insan həyata çox önəm verən, həyatın dadını hiss edən, anı yaşayan və hər şeyə layiqli dəyər verən insandır. Əgər yuxuda qol saatınızın xarab olduğunu görmüsünüzsə, deməli siz vaxta uyğun hərəkət etməyən və işləri vaxtında çatdırmayan xarakterə sahibsiniz. Bu yuxu həm də, işləri vaxtında etmədiyiniz üçün sıxılacağınızı və işinizin qarşılğında alacağınız pulu ala bilməyəcəyiniz kimi yozulur. Əgər yuxuda qol saatını qolunuzda görmüsünüzsə, bu o deməkdir ki, çox diqqətlisiniz və həyatınız da səliqəli olacaqdır.

yuxuda qol saati gormek

Yuxuda qol saatı alan insan bundan sonrakı həyatını vahid plan üzrə yaşayacağına işarət edir. Əgər yuxuda qol saatı almısınızsa, yeni qərarlar qəbul edəcəksiniz. Məsələn, bundan sonra həyatınız daha disiplinli və səliqəli olacaq. Vaxtı düzgün idarə etməyi bacaracaqsınız.
Əgər yuxunuzda birinə qol saatı hədiyyə etmisinizsə, deməli bu yaxınlarda bir xəbərdarlıq alacaqsınız. Bu, işdən gələn bir irad və ya keçmişdə etdiyiniz səhvlərdən çıxaracağınız dərs də ola bilər. Yuxuda saatın səsini eşitmisinizsə, bu yaxınlarda yaxşı xəbər eşidəcək və ya dəvət alacaqsınız.

Yuxuda gördüyünüz qol saatlari qızıl idisə, bu yaxınlarda qazancınız artacaq. Problemləriniz heç bir zərər törətmədən həll ediləcək. Əgər hər iki qolunuzda saat görmüsünüzsə, tezliklə müdür təyin edilə bilərsiniz. Maddi sıxıntılarınız bitəcək, sakit və gözəl günlər yaşayacaq və xəyal etdiyiniz hər şeyə qovuşacaqsınız.
Yuxunuzda qol saatı deyil, saatın batareyasını görmüsünüzsə, bu yuxu xeyrə yozulmayacaq. Əgər əlinizdə bir iş varsa, o iş sizin üçün xeyirli deyil, hətta pul da qazansanız, qazancınız sizin üçün xeyirli olmayacaq.

Əlifba sırasına görə yuxu yozmaları