Yuxuda telefon gormek

Yuxuda telefon gormek

Yuxuda telefon gormek uzun zamandır insana rahatliq verəcək unudulmuş duyğuları yenidən yaşayacağı və öncəki xoşbəxtliyinə qovuşacağı kimi yozulur. Yuxuda mobil telefon görən insan üçün davamlı olaraq uğurlu olacaq hadisələrin yaşanması gözlənilir. Bəzi mənbələrə görə bu yuxunu görən insan anidən bir söz eşidəcək və bu söz o insan üçün rahatlıq gətirəcək xeyirli və gözəl bir söz olacaq.

Yuxuda telefon qırmaq

Yuxuda telefon qırmaq, bu yuxunu görən bir insanın zərərli bir işdən imtina edəcəyi anlamına gəlir. Müəyyən bir müddət qazanc əldə etməsə də böyük bir zərərdən qurtulacağına işarə edilir.

Yuxuda mobil telefon tapmaq

Yuxuda mobil telefon tapdığını görmək həmin insanın uzun zamandır ailə üzvləri, dostları və yaxınları ilə əlaqə saxlamadığına dəlalət edir. Bu yuxu o insanın ailəsinin, qohumlarının və dostlarının ona mənəvi olaraq ehtiyacı olduğuna bir işarədir.

Yuxuda mobil telefon almaq

Yuxuda mobil telefon aldığını görən insan çox yaxında uzun zamandır ümidini kəsdiyi bir insanla yenidən görüşəcəyi və o insanla öncəki kimi mehriban və yaxın olacağı anlamına gəlir.

Yuxuda telefon satisi

telefon satisi

Yuxuda telefon satisi görmək gerçək həyatda o insanın bəzi dostları ilə əlaqəni kəsəcəyi və ya başqa bir şəhərə köçəcəyi anlamına gəlir. Bu yuxu ümumilikdə məkan dəyişikliyi və yaxın vaxtda həyatınızda köklü dəyişiklər olacağı anlamına gəlir.

Yuxuda telefonun enerjisinin bitdiyini görmək çoxdandır etdiyiniz bir işin nəticəsini görmədən yarımçıq qalacağına işarə edilir.

2018-09-11T07:28:50+00:00

Leave A Comment